Menu
Geri İrəli

Generaldan Bakıda QAİ maşınını çəkicləyənlə bağlı – Açıqlama +Yenilənib

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2016 • Baxış sayı: 296 dəfə • Şərh yoxdur

mashinn

Bakıda naməlum sürücü yol polisinin avtomobilinə hücum edib. Hadisə Heydər Əliyev Mərkəzinin yaxınlığında baş verib. Belə ki, yol polisinin saxladığı sürücü ona tabe olmayaraq müqavimət göstərib.

O, yol polisinin avtomobilinin üstünə çıxaraq, maşına ziyan vurmağa çalışıb. Daha sonra polislər onu zərərsizləşdiriblər.

Həmin şəxs yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

***

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün saat 14.15 radələrində yol polisi tərəfindən saxlanılan sürücü Şahin Mail oğlu Bəylərov çəkiclə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzib. Nəticədə maşına ciddi ziyan dəyib.

Hadisəni törədən Ş. Bəylərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə şahidləri əvvəlcə yol polisi avtomobilinin qəzaya düşdüyünü ehtimal ediblər.

***

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor  Səhlab Bağırov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yol polisinin avtomobolinə çəkiclə zərər yetirən Şahin Bəylərov saytlarda yazıldığı kimi sürücü deyil:

“Bu adam içkili vəziyyətdə olub, hələ də ayılmayıb. Barəsində artıq cinayət işi açılıb. Onun ayılmağını gözləyirik. Bilinmir ki, hadisəni niyə törədib. Adam Sulutəpədəndir. Hazırda faktla bağlı araşdarma gedir”.

General həmçinin qeyd edib ki, sözügedən şəxs dövlət əmlakını ziyan vurduğuna görə məsuliyyətə cəlb olunacaq.

Mənbə: Qafqazinfo.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın