Menu
Geri İrəli

Göyçayda faciə: Ata, oğul və qız yanaraq öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 8 May 2015 • Baxış sayı: 531 dəfə • Şərh yoxdur

Yanqin-zaprafkaOğlanın 7, qızın isə 6 yaşı var imiş.

Göyçay rayonunda bir ailənin üç üzvünün yanaraq ölməsi ilə nəticələnən dəhşətli hadisə baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 8:30 radələrində Göyçay şəhərinin Z.Bünyadov küçəsində, 1982-ci il təvəllüdlü Əhmədova Xəyalə Laçın qızına məxsus evdə qeydə alınıb.

Ümumi sahəsi 70 kvadratmetr olan iki otaqlı fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Hadisə zamanı ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb.

Yanğın zamanı ev sahibi Xəyalə Əhmədovanın həyat yoldaşı, 1970-ci il təvəllüdlü Babayev Azad Misirxan oğlu, onun iki övladı, 2008-ci il təvəllüdlü Əhmədov İlyas Azad oğlu və 2009-cu il təvəllüdlü Əhmədova Aysu Azad qızı yanaraq ölüb.

Hazırda yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarnın əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın