Menu
Geri İrəli

Hamilə qadını zorlayan, əlini ütü ilə yandıran şəxsin işi yenidən MƏHKƏMƏDƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Avqust 2016 • Baxış sayı: 443 dəfə • Şərh yoxdur

c1299f64b5c8cf8da96e406480751b75
Bakı Apellyasiya Məhkəməsində hamilə qadına əzab verməkdə, zorlamaqda, quldurluqda təqsirləndirilən Rüfət Mehdiyevin birinci instansiya  hökmündən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəçsi ilkin qərardan kassasiya şikayəti verib.

Bu səbəbdən proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb. İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, keçən il  Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək bədən xəsarətləri alması, eləcə də ütü vasitəsi ilə əlini yandırması faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma)  maddəsi ilə cinayət işi başlanılıb.

Həmin vaxt  Aliyə Mansurova hamilə olub.

Aparılmış istintaq zamanı cinayət əməli Cinayət Məcəlləsinin 130-cu (Zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır və ya az ağır zərər vurma) 133.2.2-cü (əzab vermə, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə), 133.2.6-cı (əzab vermə, işgəncə verilməklə törədildikdə), 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), 180( quldurluq) maddələrinə tövsif edilmiş və R.Mehdiyevə həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mehdiyev 10 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

3d68716693fa9696b33b2f1a93a2dd50

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın