Menu
Geri İrəli

Həbsxanadan narkotik tapıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Fevral 2015 • Baxış sayı: 293 dəfə • Şərh yoxdur

88916

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Şəki Penitensiar müəssisəsində narkotik və mobil telefon tapılıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Mühafizə taborunun əməkdaşları tərəfindən müəssisənin mühafizəsində olan daxili iz zolağında 1 ədəd bükülüdə xalis çəkisi 8,89 qram olan narkotik vasitə – marixuana, 2 ədəd bükülüdə daxilində “Nar” danışıq kartı olan “Nokia” markalı mobil telefon aparatı və daxilində “Cin” danışıq kartı olan “Nokia” markalı mobil telefon aparatı və 2 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

 

Fakt üzrə araşdırma aparılır.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın