Menu
Geri İrəli

`Həmin qızı əslində qatar vurmayıb` – Açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Dekabr 2015 • Baxış sayı: 515 dəfə • Şərh yoxdur

B699736B-E766-4339-8BFB-73912987733D_mw1024_s_nAzərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti dünən Bakı-Sumqayıt qatarının 24 yaşlı qızı vurmasının səbəbini açıqlayıb.

QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov AzVision.az-a bildirib ki, Çinarə Sadıqova Bakı-Sumqayıt qatarının qarşısından keçərkən müəyyən olunmamış yerdən istifadə edib. Nəticədə qatarın küləyi Ç.Sadıqovanı kənara atıb: “Keşlə qəsəbəsində insanların keçməsi üçün piyada keçidi var. Çinarə Sadıqova isə müəyyən olunmuş yerdən keçməyib. Qatar da saatda 80 sürətlə gəlir. Bu zaman qatarın küləyi Çinarə Sadıqovanı kənara atıb. Aldığımız məlumata görə, xəstəxanaya aparılan xanımın vəziyyəti normal olduğundan evə buraxılıb”.

Qeyd edək ki, dünən Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatar Keşlə qəsəbəsində Çinarə Sadıqovanı vurub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın