Menu
Geri İrəli

Hər birinə 1000 manat cərimə – nazirlik məlumat yaydı

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 1 Noyabr 2014 • Baxış sayı: 318 dəfə • Şərh yoxdur

Man and his dog duck hunting

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkədə qanunsuz ov hallarının qarşısının alınması məqsədilə növbəti reydlər keçirib. ETSN-dən Lent.az-a verilən xəbərə görə, oktyabr 29-da keçirilmiş reydlər zamanı Zaqatalanın Valdar kəndində qanunsuz ovla məşğul olan kənd sakini Vüsal Əliyev və Ağcabədidə Avşar kəndində qanunsuz ov edən Ağcabədi şəhər sakini Həsən Məmmədov saxlanılaraq onlardan 2 ədəd ov tüfəngi və 29 ədəd patron götürülüb. İnzibati xətaya yol vermiş qanun pozucuları barəsində müvafiq qaydada akt və protokollar tərtib edilərək hər biri 1000 manat məbləğində cərimə edilib.

 

Oktyabrın 30-da Samux Dövlət Ovçuluq Təsərrüfatının ərazisində keçirilmiş reyd zamanı qanunsuz ov edən Şəmkir rayon Kür qəsəbəsi sakini Rüfət Hüseynov və Bakı şəhər sakini Elnur Salahov saxlanılaraq onlardan 2 ədəd ov tüfəngi və 4 ədəd patron götürülüb. Qanun pozucuları barəsində müvafiq akt və protokollar tərtib olunaraq hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə olunub. Oktyabrın 31-də isə keçirilmiş reydlər zamanı Korçay Dövlət Təbiət Qoruğu ərazisində qanunsuz ovla məşğul olan Goranboy rayon Qazaxlar kənd sakini Mahir Xəlilov və Ağgöl Milli Parkının ərazisində qanunsuz ov edən İmişli rayonu Yalavac kənd sakini Gürşad Əliyev saxlanılaraq onlardan 2 ədəd ov tüfəngi və 2 ədəd patron götürülüb. İnzibati xətaya yol vermiş qanun pozucuları barəsində müvafiq qaydada akt və protokollar tərtib edilərək hər biri 1000 manat məbləğində cərimə edilib.

Mənbə : lent.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın