Menu
Geri İrəli

Hüseyn Dərya vəfat etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Mart 2014 • Baxış sayı: 786 dəfə • Şərh yoxdur

Bu gün 3 saylı şəhər Xəstəxanasında dünyasını dəyişən tanınmış reper Hüseyn Dəryanın meyiti morqa yerləşdirilib. Xəstəxanadan Lent.az-a bildirilib ki, H.Dəryanın ölüm səbəbi aparılacaq eksperizadan sonra dəqiqləşəcək. İlkin olaraq onun daxili orqanlarının zədələnməsi nəticəsində dünyasını dəyişdiyi ehtimal edilir.

*****

Martın 15-nə keçən gecə yol qəzasına düşən tanınmış reper Hüseyn Dərya vəfat edib. 3 saylı şəhər Klinik Xəstəxanasından Lent.az-a bildirilib ki, Hüseyn Dərya qəfil dünyasını dəyişib.

Qeyd edək ki, ötən gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Hüseyn Dəryanın idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı “Opel Astra” markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı yük maşına çırpılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın