Menu
Geri İrəli

Hüseyn Dəryanın ölümü ilə bağlı ŞOK XƏBƏR!

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Mart 2014 • Baxış sayı: 2,094 dəfə • 2 şərh

Həkimlər reperin ölümünü 3 saat gizlədib

huseyn

Bu gün dünyasını dəyişən məşhur reper Hüseyn Dəryanın ölümü ilə əlaqədar bəzi məqamlara aydınlıq gətirilib. Lent.az-ın məlumatına görə, 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Namiq Dəmirçiyev anspress-ə bildirib ki, Hüseyn Dərya bu gün saat 09:30 radələrində keçinib. Həkimin sözlərinə görə, reper xəstəxanaya gətirilərkən vəziyyəti kritik olub: “Hüseyn Dərya xəstəxanaya gətiriləndə huşu özündə olub. Lakin vəziyyəti olduqca ağır idi. Xəstədə kəllə-beyin travması, döş qəfəsinin küt travması aşkarlanmışdı. Həkimlərimizin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmadı. Biz onun öldüyünü əvvəlcə mətbuata açıqlamadıq ki, bəlkə onu həyata qaytara bildik. Lakin bütün cəhdlərimizə baxmayaraq, bu mümkün olmadı”, – deyə Namiq Dəmirçiyev bildirib.

Namiq Dəmirçiyev onu da əlavə edib ki, bunadək 2 həftə dalbadal Hüseyn Dərya xəstəxanaya gətirilib. Hər dəfə də o, qəbul etdiyi narkotik maddələrin təsirindən ölümcül hala düşübmüş. Lakin həkimlər onun həyatını xilas edə bilmişdilər.

“Bu dəfə onu xilas edə bilmədik. Onun xəsarətləri ağır idi”, – deyə həkim bildirib.

Hüseyn Dəryanın qəzaya düşərkən narkotik vasitə qəbul etdiyi barədə suala isə Namiq Dəmirçiyev bunun hələ dəqiq məlum olmadığını bildirdi.

Qeyd edək ki, ötən gün saat 23 radələrində Hüseyn Dərya  “Opel Astra” markalı 99 EK 575 nömrə nişanlı minik avtomobili idarə edərkən Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb.

Hüseyn Dərya dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hüseyn Dərya qəza nəticəsində qapalı kəllə-beyin travması alıb. Sağ qamış sümüyü sınıb. Onu reanimasiya şöbəsinə yerləşdirilmişdi.

 

Facebook Şərhləndirmə:

“Hüseyn Dəryanın ölümü ilə bağlı ŞOK XƏBƏR!” yazısına 2 cavab

  1. selcan hesenzade deyir:

    allah ona rehmet elesin hec vaxt unutmayacayiq seni

  2. emrah abbasov deyir:

    ALLAH REHMET ELESIN

Şərhinizi yazın