Menu
Geri İrəli

İcra başçısı intihar etmək istəyən sahibkarla görüşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Noyabr 2015 • Baxış sayı: 396 dəfə • Şərh yoxdur

dddd

Bu dəqiqələrdə Bakıda daha bir şəxs hündürmərtəbəli binada intihar etmək istəyir.

Bu barədə jurnalist Əzizə İsmayılova sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, hadisə 9-cu mikrorayonda Zərifə Əliyeva adına göz xəstəxanasının yanında, zeytun bağının içərisində tikilməkdə olan binada baş verib. Binanın üstünə çıxan şəxs özünü atmaq istəyir.

Hadisə şahidləri “Qafqazinfo”ya həvəskar kadrları da göndərib.

Xatırladaq ki, ötən günlərdə həmin binada daha bir intihara cəhd hadisəsi də baş vermişdi. Həmin şəxs hadisə yerinə gətirilən balaca övladını görən kimi ona tərəf qaçıb və bağrına basaraq intihar etməkdən əl çəkmişdi.

***

FHN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda binaya çıxaraq intihar etmək istəyən şəxsin kimliyi məlum olub. Belə ki, o, bir neçə gün əvvəl də eyni ünvanda intihara cəhd etmişdi.

***

APA-nın xəbərinə görə, Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov da hadisə yerinə gəlib və həmin şəxslə söhbət aparılıb. Lakin o, rəsmi şəxslərin gəlməsini tələb edib.

Sahibkar olduğunu deyən şəxs daha işləyə bilmədiyini, bezdiyini bildirib, “Mənim 500 minimi qaytarın” – deyə tələb səsləndirib.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov da hadisə yerinə gəlib.

İH başçısı intihara cəhd edən şəxslə 15 dəqiqə söhbət edib və onun aşağı düşməsini xahiş edib. Lakin sahibkar “Mənə yazılı iltizam verməsəniz, buradan düşməyəcəyəm”, deyib.

X. İsgəndərov yazılı iltizamın özündə olduğunu deyəndən sonra intihara cəhd edən şəxs hündürlükdən enib.

Daha sonra o, X. İsgəndərov və N. İsmayılov danışmaq üçün yaxınlıqdakı kafeyə gediblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın