Menu
Geri İrəli

İcra başçısının qardaşı qəzada həlak oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyun 2017 • Baxış sayı: 1,228 dəfə • Şərh yoxdur

1496737051-174Zərdab rayon icra başçısı Lütvəli Babayevin qardaşı Əliağa Babayev Rusiyada yol qəzasında həyatını itirib.

bakuPost.az xəbər verir ki, Ə.Babayev Novosibirsk şəhərindən 50 kilometr aralıda avtomobil qəzası törədib və dünyasını dəyişib.

Məlumata görə, o, Rusiyada bizneslə məşğul olub. 1978-ci ildən Novosibirskdə yaşayan Əliağa Babayevin cənazəsi iyunun 7-də Mingəçevirə gətiriləcək.

Yada salaq ki, ötən il icra başçısının bacısı və nəvələrinin olduğu avtomobil Ucar rayonu ərazisində yol qəzası tödərib. “Toyota” markalı avtomobillə törədilən qəzada başçının bacısı Kamilə Babayeva ilə yanaşı, yeznəsi və qızı olub. Yaralılar xüsusi vertolyotla Bakıya gətiriliblər.

İcra başçısının Babaş Babayev adlı qardaşı isə 15 il əvvəl Ağsu aşırımında baş verən ağır qəzada ölüb.

Onun digər qardaşı Hacı Xanəli Babayev isə Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazısı, Mingəçevir şəhərinin axundudur.

**

Zərdab rayon icra başçısı Lütvəli Babayev qardaşı Əliağa Babayevin Rusiyada yol qəzasında dünyasını dəyişməsindən danışıb.

İcra başçısı “Qafqazinfo”ya bildirib ki, qardaşının ürəyində problem var idi: “Ürəyinə iki dəfə stend qoyulmuşdu. Oruc tutan, namaz qılan adam idi. Bu il 60 yaşı tamam olmuşdu.  Ona deyirdilər  ki, maşın idarə etmə”.

L. Babayev qəzanın baş vermə şəraitindən də bəhs edib:

“Maşın yoldan çıxaraq çəmənliyə düşüb və qardaşımı kənara atıb. O da başına aldığı zərbədən dünyasını dəyişib. “Lexus” markalı maşın idarə edirdi. O, Novosibirsk  Azərbaycanlıları Cəmiyyətinin vitse-prezidenti idi. 2 oğlu var. Vladimir Putin ona ən yüksək ali dövlət mükafatı vermişdi. Cənazəsi sabah Bakıya gətiriləcək və Mingəçevirdə dəfn olunacaq.

Mərhumun yası da Mingəçevir şəhərində olacaq”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın