Menu
Geri İrəli

“İdmanı tərk edib və heç bir uğuru olmayıb” – Sumqayıtda qadını öldürən Fəttahla bağlı AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Avqust 2017 • Baxış sayı: 4,530 dəfə • Şərh yoxdur
Без имени-4“Fəttah Nuriyev bir müddət idmanın cüdo növüylə məşğul olub və sonradan idmanı tərk edib. İndiyədək heç bir uğuru olmayıb.”
Bu barədə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən məlumat verilib. Qeyd olunub ki, F.Nuriyev şəhərin idman uğurları üçün heç bir xidmət göstərməyib. Bildirilib ki, o, cüdo üzrə məşqlərə qatılıb və bir müddət 10 nömrəli məktəbin idman zalında məşq keçən müəllimi xəstə olduğundan onu əvəz edib.
Xatırladaq ki, avqustun 7-də Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində şəhər sakini Sevda Bayramovanın meyiti tapılıb.
Sumqayıt şəhər Prokurorluğu və Şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadının şəhər sakini Fəttah Nuriyev tərəfindən boğularaq öldürülməsi müəyyən edilib. xeberle.com
Facebook Şərhləndirmə:

Şərhinizi yazın