Menu
Geri İrəli

İMZA VƏRƏQƏLƏRİNİ NAMİZƏDİN ƏLİNDƏN ALIB QAÇDILAR

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Sentyabr 2015 • Baxış sayı: 190 dəfə • Şərh yoxdur

loqo-musavat

85 saylı Şamaxı seçki dairəsindən Müsavat Partiyasının deputatlığa namizədi Yasəf Ağazadə görünməmiş cinayətlə üzləşib. “Basta” əməkdaşına bu barədə məlumat verən namizəd bildirib ki, öyrədilmiş və onu təqib edən insanlar onun imza vərəqələrini və digər sənədlərini zorakılıqla əlindən alıblar: “Bu gün Bakıya, Müsavatın qərargahına gəlirdim. Namizədliyimin müdafiəsi üçün toplanılan 500 imzanı və DSK-ya təqdim edəcəyim digər sənədləri qərargahda yoxlatdırdıqdan sonra qayıdıb təhvil verməyi planlaşdırmışdım. Yolda təqib olunduğumu hiss elədim. Gəlib Bakıya çatan kimi, məni təqib edən şəxsin hücumuna məruz qaldım. Onlar zorla əlimdəki qovluğu aldılar. Qovluqda bir-bir topladığımız seçici imzaları, evimin kupçası və DSK-ya verəcəyim digər seçki sənədləri vardı. Hadisə təxminən 13.00 radələrində Bakı şəhərinin “Şamaxinka” deyilən ərazisində, keçmiş tramvay dayanacağında avtobus gözləyərkən baş verdi”.

Bununla bağlı dərhal polisə şikayət etdiyini bildirən Yasəf Ağazadə ona hücum edən şəxsi üzünü yadda saxladığını və tanıya biləcəyini qeyd edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın