Menu
Geri İrəli

İş axtaran qadını zorladılar – Bakıda

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Aprel 2015 • Baxış sayı: 606 dəfə • Şərh yoxdur

zorlama-azyashli-qizi1Lent.az-a istinadən xəbər verir ki, Yasamal rayonunun hüquq-mühafizə orqanlarına müraciət edən 33 yaşlı Mələk Abdullayeva (ad və soyad şərtidir) bildirib ki, Orxan adlı şəxs onu zorlayıb. M.Abdullayeva qeyd edib ki, iş tapmaq məqsədi ilə Orxan adlı şəxslə tanış olub. Həmin şəxs qadını Yasamal rayonu ərazisində icarəyə götürdüyü ofisə dəvət edib və ona iş tapacağına söz verib. Növbəti görüş zamanı isə Orxan M.Abdullayevaya qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

İlkin araşdırmalardan sonra qadının şikayətçi olduğu şəxsin paytaxt sakini, 1991-ci il təvəllüdlü Orxan Səlimzadə olması müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın