Menu
Geri İrəli

İtkin düşən sumqayıtlı balıqçıların axtarışı davam etdirilir

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Aprel 2015 • Baxış sayı: 443 dəfə • Şərh yoxdur

axtaris denizSumqayıt şəhəri ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 3 balıqçının axtarışları davam etdirilir. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, axtarışlara nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedicilərinin əlavə qüvvələri də cəlb olunub. Bundan başqa, axtarışlarda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri və Aviasiya Dəstəsinin əməkdaşları da iştirak edir. Axtarışlar davam edir, əlavə məlumat veriləcək. Qeyd edək ki, aprelin 7-də FHN-nin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 3 balıqçının itkin düşməsi barədə məlumat daxil olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın