Menu
Geri İrəli

“Karvan”dakı yanğına görə təqsirləndirilən şəxlə bağlı SON QƏRAR

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Oktyabr 2017 • Baxış sayı: 2,246 dəfə • Şərh yoxdur
Share Button
karvan-1_1Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzində 1 nəfərin ölümü ilə nəticələnən yanğına görə təqsirləndirilən nəzarətçi İsməli Bayramovla bağlı son qərar verilib.
sumqayitxeber.com-un qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, qeyd edilən yanğın 2013-cü il oktyabrın 19-da baş verib. Yanğında həmçinin 5 nəfər yaralanıb və təxminən 15 milyon manatlıq ziyan dəyib.
Sumqayıt şəhər Məhkəməsi İsməli Bayramova 4 il 6 ay müddtinə azadlıqdan məhrum etmə cəzası versə də, o həbs edilməyib və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkib. Sumqayıt Apellyasiya Məhkəməsi isə prokurorun prostetini təmin edərək İ.Bayramovun barəsində həbs qərarı seçib və cəzanın müddətini 1 il də artırıb.
Ali Məhkəmə isə yenidən İ.Bayramovun xeyrinə qərar verib, onun cəza müddəti 4 il 7 aya endirib və azadlığa buraxılaraq yenidən məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhkim edilib.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın