Menu
Geri İrəli

Keçmiş arvadını moteldə tutan ərin dəhşətli qisası – AZƏRBAYCANDA

Müəllif: Sumqayitxeber.com • Tarix: 20 Avqust 2015 • Baxış sayı: 367 dəfə • Şərh yoxdur

mWw14ZBNL8VQBakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Bakı şəhər sakini, 1980-cı il təvəllüdlü Zöhrab İsmayılovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesə hakim Rasim Sadıxov sədrlik edib. Hakim bu cinayət işi üzrə məhkəmə baxışını avqustun 27-nə təyin edib.

Qeyd edək ki, sözügedən cinayət hadisəsi bu il fevralın 15-də Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Romi” motelində baş verib. Həmin gün Z.İsmayılov keçmiş həyat yoldaşı, 1988-ci il təvəllüdlü Vəfa Abdullayevanı Biləcəri qəsəbəsində yerləşən parkda “VAZ-2107” markalı avtomobilə əyləşən zaman görüb.

Onları izləyən Z.İsmayılov hər ikisinin motelə daxil olmasının şahidi olub.O, əvvəlcə motelin həyətində keçmiş həyat yoldaşının gəldiyi“VAZ-2107” markalı maşının təkərlərini bıçaqla deşərəkboşaldıb. Sonra isə otağa daxil olaraq keçmiş arvadı ilə mübahisə edib, ondan burada nə etdiyini soruşub.

Mübahisə zamanı Z.İsmayılov üzərində gəzdirdiyi bıçaqla V.Abdullayevaya 9 bıçaq zərbəsi endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Onu da qeyd edək ki,Z.İsmayılov qətlə yetirdiyi keçmiş həyat yoldaşıV.Abdullayeva ilə 2014-cü ildə rəsmi şəkildə ayrılıblar. Amma ayrılmaqlarına baxmayaraq onlar bir evdə yaşayıblar və birgə nikahdan iki övladları olub.

Z.İsmayılov istintaqa verdiyi ifadəsində keçmiş arvadını öldürmək niyyətində olmadığını, əməlindən peşman olduğunu və iki övladını qohumlarına həvalə etdiyini deyib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın