Menu
Geri İrəli

Keçmiş arvadını öldürən sabiq polis yenidən MƏHKƏMƏ QARŞISINDA

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Sentyabr 2017 • Baxış sayı: 693 dəfə • Şərh yoxdur
Share Button

Keçmiş arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşı Samir Əliyevin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb. Məhkəmə baxışı sentyabrın 14-ə təyin edilib.

 

Qeyd edək ki, 2015-ci il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Öldürülən qadının Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. Üç uşaq anası olan 34 yaşlı N.Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. Qətldən bir neçə gün əvvəl – iyulun 26-da onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub. Meyit tapılandan bir neçə gün sonra N.Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis işçisi Samir Səməndər oğlu Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub. S.Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Əliyev 20 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 10 ilini ciddi rejimli qapalı müəssisədə çəkəcək.

 

Onu da qeyd edək ki, istintaq zamanı Nəsimi rayon Məhkəməsində Samir Əliyev həbs qətimkan tədbiri uzadılan zaman məhkəmə zalında özünü yandırmağa cəhd edib

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın