Menu
Geri İrəli

Keçmiş arvadının sevgilisini amansızlıqla öldürdü – AZƏRBAYCANDA

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Dekabr 2016 • Baxış sayı: 766 dəfə • Şərh yoxdur
Share Button

oluTərtər rayonunda qətl törədilib. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Tərtər şəhəri Cəlil Məmmədquluzadə küçəsi 86 ünvanında 1972-ci il təvəllüdlü Hüseynov Vüqar Sabir oğlu 1981-ci ildə anadan olmuş Tanrıverdiyev Qaraxan Rövşən oğlunu bıçaqlayaraq qətlə yetirib.

Məlumata görə, V. Hüseynov bir müddət əvvəl həyat yoldaşı Cəmilə Əhmədovadan boşanıb. Bundan sonra qadın C.Məmmədquluzadə küçəsindəki binada kirayə ev tutaraq yaşamağa başlayıb. C.Əhmədovanın Q.Tanrıverdiyevlə birlikdə yaşadığını öyrənən keçmiş həyat yoldaşı dünən mənzilə gəlib və məlum hadisəni törədib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, V.Hüseynovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın