Menu
Geri İrəli

Küçəyə zibil atan sürücüyə etirazını bildirən xanım döyüldü

Müəllif: sumqayitxeber.com • Tarix: 12 May 2015 • Baxış sayı: 673 dəfə • Şərh yoxdur

94997Azərbaycanda jurnalist sürücü tərəfindən döyülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə urban.az saytının əməkdaşı olan jurnalist Səbinə Quliyeva özünün facebook hesabında məlumat verib. Onun sözlərinə görə, dünən avtomobilindən içki qutusunu atan sürücüyə “zibili maşından atmaq olmaz” deyə nəzakətlə etirazını bildirib. Cavabında isə sürücü onu təhqir edib və jurnalistdən avtomobilini saxlamasını tələb edib.

S.Quliyeva bildirib ki, maşınını saxlayanda həmin sürücü onun üzünə zərbələr endirməyə başlayıb. Polislə hədələdikdən sonra isə həmin şəxs maşını jurnalistin ayağının üzərindən sürərək oradan uzaqlaşıb.

“Qafqazinfo”ya açıqlamasında S.Quliyeva artıq ərizə ilə polisə müraciət etdiyini və bu günə ekspertiza təyin edildiyini bildirib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın