Menu
Geri İrəli

Lənkəranda ana doğuş zamanı öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2015 • Baxış sayı: 218 dəfə • Şərh yoxdur

50504050

Lənkəranda doğuş zamanı ana dünyasını dəyişib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasından “Report”a bildirilib ki, doğuş təbii qaydada həyata keçirilsə də sonradan ananın vəziyyəti ağırlaşıb: “Uşaq normal dünyaya gəlib. Sonradan Şağlasər kənd sakini Səmayə Nazim qızı Ağayevanın halı qəfil pisləşib və həkimlərin səyinə baxmayaraq ana dünyasını dəyişib. Ölümün səbəbi Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsində aparılacaq müayinələrdən sonra məlum olacaq.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın