Menu
Geri İrəli

Lerik sakini arvadını, qayınanasını və özünü öldürdü

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 24 Dekabr 2014 • Baxış sayı: 449 dəfə • Şərh yoxdur

Lerik rayonunda dəhşətli ailə faciəsi baş verib. Hadisə zamanı Lerik rayon sakini, 33 yaşlı Surətov Camaləddin Cəbrayıl oğlu şəxsi münaqişə zəminində qayınanası, 57 yaşlı Laləni və həyat yoldaşı, 24 yaşlı Məhsətini odlu silahla qətlə yetirib.
silah
Qatil bundan sonra uşaqlarını özü ilə götürərək doğulub boya-başa çatdığı rayonun Pirzəküçə kəndinə yollanıb və daha sonra orada özünü də ölümcül yaralayıb. Xəstəxanaya çatdırılan Camaləddin Surətovun həyatını xilas etmək mümkün olmayıb.

Qətlin səbəbləri barədə hər hansı bir açıqlama verilmir.

Məlumata görə, qətl hadisəsini törədən şəxs Sumqayıt şəhərində işləyib, iki gün öncə isə ailəsinin yanına rayona qayıdıb.

Faktla bağlı Lerik rayon prokurorluğu və polis şöbəsində araşdırmalara başlayıblar. Ailə faciəsinin səbəblərini istintaq araşdırmaları müəyyən edəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın