Menu
Geri İrəli

“Lotu Quli” azadlığa çıxdı – Yenilənib

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Oktyabr 2017 • Baxış sayı: 575 dəfə • Şərh yoxdur
Share Button

Uzun müddətdir həbsdə yatan kriminal avtoritet Nadir Səlifov (“Lotu Quli”) azadlığa buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Musavat.com-a N.Səlifova yaxın olan mənbə xəbər verib.

Qeyd edək ki, Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətdiyinə görə bir neçə maddə ilə ittiham olunub.

Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. “Quli” gürcü dilində “ürək” deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. “Quli” Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla (“Otar”) yaxın dost olub.

“Otar”ın 2003-cü il martın 21-də Moskvadakı “Suşi” barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra “Lənkəranski”yə “oğru” adı verən “Nardaranlı Mirseymur” da qətlə yetirilib ki, bunu da indiyədək “Quli”nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvadakı “Abşeron” restoranında baş vermiş atışmada da “Quli” və “Lənkəranski” tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı “qanuni oğru”lar və kriminallar bu davada əsasən “Quli”ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının “xaç atası” sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da (“Ded Xasan”) alıblar.

“Quli”nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.

Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən “Quli”nin vəkillərinin sözlərinə görə, o həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. İddiaya görə, “Quli” həbsxanada olduğu bu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib.

2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açılıb.

***

“Qafqazinfo” əlavə edir ki, “Lotu Quli” postsovet məkanında son illərin iki ən nüfuzlu avtoritetindən biri sayılır. Rövşən Lənkəranskinin müəmmalı qətlindən sonra isə o, konkret lider hesab olunmağa başlayıb. Lənkəranski qətlə yetirilən zaman burada onun izi axtarılsa da, açıqlamasında  Rövşənin ölüm xəbərinə çox pis olduğunu bildirmişdi.

Dünən həbsdən qaçan, o qədər də məşhur olmayan 2 avtoritetin – Əli Ağami və “Qoca” ləqəbli Etibar Məmmədovun da “Quli”nin klanına daxil olduğu bildirilir. Onların ardından kriminal aləmin liderinin azadlığa buraxılması xəbərinin yayılması bir təsadüfdürmü? Dünənki qaçışla bugünkü azadlığın hər hansı bağlılığı varmı? Yəqin, bu məsələyə ciddi aydnlıq gətiriləcək. Çünki Azərbaycanda həbsxanada bu şəkildə qaçış son 20 ildə baş verməyib. Nəzərə alsaq ki, qaçanlar hələ də saxlanılmayıb. Belə ehtimallar var ki, Rövşən Lənkəranskidən sonra nəzarətsiz qalan böyük Rusiyanın kriminal mühiti məhz “Lotu Quli”nin əli ilə tənzimlənəcək. Yəqin ki, yaxın zamanlarda Nadir Səlifov qonşu ölkədə iş başına keçəcək.

***

Haqqin.az-ın yaydığı məlumata görə, kriminal avtoritet hazırda Gürcüstandadır.

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın