Menu
Geri İrəli

Masazırdakı moteldə dəhşət: arvadının başını kəsdi

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Fevral 2015 • Baxış sayı: 1,221 dəfə • Şərh yoxdur

Meyit-bashsizAbşeron rayonunda qətl törədilib.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Masazır qəsəbəsində yerləşən “Rome” motelində qeydə alınıb. Zöhrab adlı şəxs qısqanclıq zəmində keçmiş arvadını bıçaqlayaraq öldürüb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilib ki, bu gün saat 14 radələrində 1980-ci il təvəllüdlü Zöhrab İsmayılov keçmiş həyat yoldaşı, 1988-ci il təvəllüdlü Vəfa Abdullayevanı Masazır qəsəbəsində yerləşən “Rome” motelində qısqanclıq zəminində üstündə gəzdirdiyi bıçaqla boyun nahiyəsinə bir neçə zərbə endirməklə qətlə yetirib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, cinayəti törətməkdə şübhəli bilinən Z. İsmayılov hazırda rayon Prokurorluğunda dindirilir.

***

15:49

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Romi” motelində dəhşətli cinayət hadisəsi baş verib. Lent.az-ın aznews.az-a istinadən məlumatına görə, hələlik adı açıqlanmayan kişi “Romi” motelinə gəlib və burada arvadını başqa bir kişilə birgə görüb. O, həyat yoldaşının başını kəsib.

Hadisəni törədən şəxs arvadının moteldə olmasından xəbərdar olub və hadisə yerinə hazırlıqlı gəlib. O, hətta arvadının hansı avtomobillə gəldiyini də müəyyənləşdirib və əvvəlcə həmin “VAZ 21-07″ markalı avtomobilin şinlərini deşərək,onların qaçmaq ehtimalını aradan qaldırıb. Bundan sonra otağa daxil olub və arvadının başını kəsib. Məlumatda həmçinin o da bildirilir ki, cinayətkar polisə təslim olub.

Abşeron rayon Polis İdarəsinin növbətçi hissəsindən məlumatı təsdiqləyiblər.

Bildiriblər ki, hadisə yarım saat öncə baş verib, hazırda meyit müayinə olunmaq üçün aidiyyəti qurumlar tərəfindən moteldən çıxarılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın