Menu
Geri İrəli

Maskalı şəxslər qadınların ağzını “skotç”layıb – Evdən xəzinə apardılar

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2015 • Baxış sayı: 236 dəfə • Şərh yoxdur

12168580_500193173474220_1300775957_o

Bakıda evə basqın edib quldurluq törədən şəxslər külli-miqdarda dəyəri olan daş-qaş aparıblar.

Hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib.
Axşam saat 21:30 radələrində iki nəfər naməlum maskalı şəxs Ə.Əlixanov küçəsində yaşayan evə daxil olublar.
Onlar 1964-cü il təvəllüdlü Sevda Cəfərova və qızı 1990-cı il təvəllüdlü Gülarə Cəfərovanın əl-ayağını və ağzını “skotç”la bağlayaraq evdən 29 000 dollar, 6000 manat, 1 ədəd 25-lik qızıl, 10 ədəd 10-luq qızıl və 10 ədəd 5-lik qızıl sikkələr və 1 kompliment brilyant dəsti aparıblar.

Binəqədi Rayon Polis İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, faktla bağlı istintaq davam etdirilir: “Hələ ki saxlanılan yoxdur”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın