Menu
Geri İrəli

Maydanda azərbaycanlını güllələdilər

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Fevral 2014 • Baxış sayı: 317 dəfə • Şərh yoxdur

58716“Kiyevdə bir azərbaycanlı etiraz aksiyaları zamanı güllə yarası alıb”.

Bunu ANS PRESS-ə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bildirib. Onun sözlərinə görə əslən Gəncədən olan Ukrayna vətəndaşı Murad İbrahimov fevralın 18-dən 19-a keçən gecə etiraz aksiyalarında iştirak edib. O, Ukrayna təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində yaralanıb.

“Hazırda Muradın hansı xəstəxanaya yerləşdirildiyi barədə bizdə məlumat yoxdur. Bunu müxalifət qüvvələri gizlətməyə çalışırlar, çünki dəfələrlə olub ki, mülki geyimdə olan milislər xəstəxanalara daxil olub, yaralıları özləri ilə aparıblar. Ancaq biz “Maydan SOS” adlı təşkilatla əlaqə saxlamışıq və tezliklə həmvətənimizin yerini öyrənəcəyik. Bu barədə ətraflı məlumat veriləcək”, – deyə H.Cavadov bildirib.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın