Menu
Geri İrəli

Məhbusa görə həbs olunan Fədayə: Günlərlə onun yanında qaldım

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2017 • Baxış sayı: 855 dəfə • Şərh yoxdur
Share Button

Tanınmış müğənni Fədayə Laçınla “Qoca” ləqəbli Etibar Məmmədovun sevgi romanı həbsxanaya düşməmişdən öncə başlayıb. Belə ki, hələ 2015-ci il noyabrın 25-də müğənni Space Televiziyasında Mikayıl Güləddinoğlunun təqdimatında yayımlanan “Məhəbbət əhvalatları” verilişində şəxsi həyatı ilə bağlı şok açıqlamalar verib.

Oxu.Az Yenicag.az-a istinadən bildirir ki, xanım sənətçi indiyə qədər heç yerdə danışmadığı sirlərini həmin verilişdə açıb-töküb.

Verilişin aparıcısı Mikayıl Güləddinoğlu həmin günü indiki kimi xatırlayır:

“Həmin verilişdə Fədayə Laçın ad çəkmədi, amma gizlin sevgi hekayəsini ilk dəfə olaraq bizə danışdı. Yadımdadır ki, bunu danışanda gözyaşlarına hakim ola bilmədi. Deyirdi ki, sevdiyi insan tanınmış adamdır, qızın da qəlbini mərdliyi ilə ələ alıb. Toyların birində tanış olublar. Fədayənin sənəti onu heyran edib. Sonradan bu münasibət sevgiyə çevrilib. Fədayə deyirdi ki, rayonda toyda olanda oğlan Bakıdan onu görməyə gəlirdi. Həmişə də hədiyyələr gətirirmiş… Etiraf etdi ki, doyunca sevgi yaşamadıq, o həbsxanaya düşdü.

Həbsxanaya düşməzdən əvvəl Fədayə onunla yaşadığı xoş günləri də xatırlamışdı:

“O xəstələndi, xəstəxanaya düşdü. Mən də günlərlə yanında qalıb, ona qulluq elədim. Əvvəllər xəstəxana işçiləri bilmirdi ki, mən onun nəyiyəm. Sonradan başa düşdülər və bizə hörmətlə yanaşdılar. Kaş indi də o həbsxanadan çıxıb, xəstə yataydı, mən də ona qulluq edəydim. Amma bilmirəm, onun içində mənə qarşı sevgi qalıb, ya yox. Əgər qalıbsa, onu ömür boyu gözləməyə hazıram”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın