Menu
Geri İrəli

Məktəblilərin sevgi faciəsi ilə bağlı REPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 26 May 2014 • Baxış sayı: 852 dəfə • Şərh yoxdur

Məktəblilərin qan donduran sevgi faciəsi
intihar-sagirdler
Lent.az-ın əməkdaşı Xaçmaz rayonunda intihar edən 10-cu sinif şagirdlərinin faciəvi sonluqla bitən sevgi hekayətindən yazır.

- Vasif Quliyev və Nərgiz Tağıyeva Xaçmaz rayon Çingiz Abdullayev adına 2 saylı orta məktəbin 10-cu sinif şagirdləri idi. Eyni ildə getmişdilər orta məktəbə və paralel siniflərdə oxuyurdular. Məktəb illərində sevmişdilər bir-birini. Nərgizin sabah 17 yaşı tamam olacaqdı.

- Vasif Xaçmaz şəhərində, Nərgiz isə Hacıqurban-oba kəndində yaşayırdı. Hər gün məktəbdə bir-birilərini görmək imkanları var idi.

- 2 ay öncə Nərgiz Ukraynadan olan qohumlarına nişanlanır. Birlikdə yaşaya bilməyəcəkləri ilə barışan məktəblilər ayrılmamaq üçün intihar etmək fikrinə düşürlər. Bu barədə onların sinif yoldaşları da məlumatlı olub.

- Mayın 24-ü, axşam saatlarında hər iki şəxs niyyətlərini həyat keçirmək üçün Nabrana gedir. Nərgizin sinif yoldaşı Amin Əlipaşayev də onlarla birlikdə olur. Əvvəlcə qollarını kəsərək intihar etmək istəyən Vasif və Nərgizə Amin mane olmağa çalışıb. Hətta onları fikrindən daşındırmaq üçün özünə də xəsarət yetirir. Amini intihar etməyəcəklərinə inandıran cütlük ona evə yola salıblar.

- Evə çatan kimi Amin başına gələnləri ailə üzvlərinə və intihar etməyə hazırlaşan gənclərin yaxınlarına danışır. Onlar hadisə yerinə çatanda isə tükürpədici mənzərə ilə rastlaşıblar.

Aminin getdiyindən əmin olan Vasif və Nərgiz öz qorxunc əməllərini həyata keçirməyə başlayıblar. İlkin ehtimala görə, Vasif öncə bel kəməri ilə Nərgizi öldürüb. Daha sonra isə həmin kəmərlə özünü ağacdan asıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın