Menu
Geri İrəli

“Mənə soyuqdur” sözünə görə kişi arvadının boğazını kəsdi

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Yanvar 2016 • Baxış sayı: 654 dəfə • Şərh yoxdur

bicaqqqFüzulidə qətl hadisəsi baş verib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, axşam saatlarında, rayonun Balabəhmənli kənd sakini 1978-ci il təvəllüdlü Sadıqov Gəncəvi Zöhrab oğlu həyat yoldaşı, 1984-cü il təvəllüdlü Əsədova Vüsalə Hidayət qızının boğazını bıçaqla kəsib.

32 yaşlı Vüsalə Əsədovanın həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, hadisəyə səbəb ailə-məişət mübahisəsi olub. Belə ki, Vüsalə Əsədova evin istilik sistemindən şikayətlənərək, ona soyuq olduğunu bildirib. Bu şikayət isə Gəncəvi Sadıqovun xoşuna gəlməyib və birincinin ölümü ilə nəticələnib.

Qeyd edək ki, ailənin 6-cı sinifdə təhsil alan oğlu var. O, baş verən qətldən ciddi psixoloji sarsıntı keçirib. Belə ki, uşaq ətrafdakı insanlarla söhbətində “anamın qanını atamda qoymayacağam”, -deyib.

Məsələ ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın