Menu
Geri İrəli

Mənzilləri qarət edən “Sumqayıtlı Cavid” kimdir? – PEŞƏKAR OĞRUNUN ƏMƏLLƏRİ

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Sentyabr 2017 • Baxış sayı: 1,909 dəfə • Şərh yoxdur
Share Button

cavidSumqayıtda bir neçə mənzildən oğurluq etmiş Əliyev Cavid İslam oğlu Sumqayıt Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Saxlanan şəxs polis idarəsində verdiyi ilkin ifadədə əməllərini etiraf edib.

İstintaq zamanı müəyyən edilib ki, Cavid Əliyev bu il aprelin 4-də saat 22:00 radələrində Sumqayıt şəhəri, 4-cü məhəllə, 18/15, 4 saylı evin giriş qapısını kiçik ölçülü dəmir parçanı salmaqla açıb. Şəhər sakini Səfərova Rəna Şahverdi qızına məxsus evə daxil olan bu şəxs paltar şkafındakı seyfdən 11.000 manat dəyərində qızıl-zinət əşyaları və 500 manat nağd pul götürərək hadisə yerindən qaçıb. Cavid Əliyev daha sonra Fərəcov Namiq Rafiq oğlu ilə əlbir olaraq Sumqayıt şəhəri 5-ci mikrorayon, ev 59 a, mənzil 59 ünvanında, Həsənova Afaq Şakir qızına məxsus mənzildən 15.000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar.

Cavid Əliyevin əməlləri bununla bitməyib. O, mayın 11-də isə Sumqayıt şəhəri, 17 mikrorayonda yaşayan Abdullayev Mikayıl Sabir oğlunun evindəki seyfdən 7000 ABŞ dolları, xeyli qızıl-zinət əşyaları oğurlayıb və ev sahibinə 20.199 manat maddi ziyan vurub. Şəhər sakini Sadatov Elman Meydulla oğlu isə Cavid Əliyevin əməllərindən daha çox ziyan çəkib. Əliyev bir qrup şəxslə Elman Sadatovun evini qarət edərək vətəndaşa 61.392 manat maddi ziyan vurublar.

Qeyd edək ki, saxlanılan Əliyev Cavid İslam oğlu həm də xalq artisti Nazpəri Dostəliyevanın mənzilindən də seyf oğurlamaqda ittiham olunur.(APA)

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın