Menu
Geri İrəli

Məşhur mafiya lideri öldürüldü

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 25 Dekabr 2014 • Baxış sayı: 322 dəfə • Şərh yoxdur

“Kalaşnikov” avtomatla açılan atəş nəticəsində 2 nəfər öldürülüb

1d5798ee8b90

İstanbulda mafiya liderləri arasında qanlı döyüş baş verib.

ANS PRESS-in məlumatına görə, İstanbulun Nişantaşı bölgəsində məşhur mafiya liderlərindən birinin qardaşı ilə yaxın dostu öldürülüb, bir nəfər isə ağır yaralanıb.

İstanbulda cinayət qruplaşması rəhbəri və mafiya lideri kimi tanınan Sədat Şahinin qardaşı və dostu Fərdi Topal Nişantaşında evdən çıxarkən uzaqda dayanmış avtomobilllərdən birinin içərisindən “Kalaşnikov” avtomatla açılan atəş nəticəsində ölüb.

Hadisə baş verən bölgəyə çox sayda polis qrupu cəlb edilib və həmin küçədə bir müddət nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edək ki, Şahin qardaşları gecə həyatına nəzarət edirdilər. Onlar istədikləri sənətçini barda səhnəyə çıxardar, istədiyini də səhnədən uzaqlaşdırırdılar. Bundan başqa onların dövlət adamları ilə də yaxın olduqları vurğulanır.

1d5798ee8b90 2c8aa483951a 862a67f2d88d dd328dbf6d72 e3ac2dab7757

Facebook Şərhləndirmə:

Şərhinizi yazın