Menu
Geri İrəli

Məşhur Sumqayıt cibgirlərindən biri tutulub

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Noyabr 2015 • Baxış sayı: 624 dəfə • Şərh yoxdur

cibgirYasamal rayonunda məşhur Sumqayıt cibgirlərindən biri tutulub.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Ramil Məlikov tutulub.Şübhəli şəxsin üzərindən 0,153 qram heroin aşkar olunaraq götürülüb.

Ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, o, noyabrın 11-də 77 saylı xətt avtobusunda Bakı şəhər sakinləri – Aysel Xəlilovanın, noyabrın 15-də və 16-da 96 saylı xətt avtobusunda Xəyalə Manaflının, Zöhrə Salmanovanın əl çantalarından pul, sənədlər və bank kartlarını gizli yolla talayıb.Məlikovun 40-a yaxın cibgirlik əməlində iştirak etdiyi ehtimal edilir.

Bu şəxsi görüb tanıyanlardan Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Yasamal RPİ-nin 29-cu PB-nə müraciət etmələri xahiş olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın