Menu
Geri İrəli

MTN-in 10 zabiti məhkəmə qarşısında

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Oktyabr 2015 • Baxış sayı: 343 dəfə • Şərh yoxdur

mtn3Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə İdarəsi tərəfindən Milli Təhlükəsizlik Nazirliyinin 10 əməkdaşı barəsində həbs qərarının çıxarılması ilə bağlı məhkəməyə təqdimat göndərilib.

teleqraf.com xəbər verir ki, həbs qərarının çıxarılması ilə bağlı təqdimat Nəsimi rayon Məhkəməsinə göndərilib. Hazırda həmin şəxslərin barəsində həbs qərarının çıxarılması üçün proses keçirilir.

Sayt yazır ki, artıq Vəkillər Kollegiyasına da 10 vəkilin təcili məhkəməyə çağırılması üçün çağırış göndərilib. Vəkillər Kollegiyasının 14-cü hüquq məsləhətxanasından 10 vəkil həmin təqdimatla bağlı keçirilən məhkəmə prosesinə göndəriliblər.

14 saylı hüquq məshələtxanasından bildiriblər ki, burada olan vəkillər Nəsimi rayon Məhkəməsində bir qrup şəxsin barəsində həbs qərarının çıxarılması ilə bağlı prosesdə iştirak edirlər: “Günün sonu olduğu üçün bizdə ətraflı məlumat yoxdur. Buna görə də kimlərin barəsində proses keçirilir, bu barədə də məlumat verə bilmərik”.

Xatırladaq ki, Eldar Mahmudov oktyabrın 16-da Milli Təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Bundan sonra Baş Prokuror yanında Korrupsiya İdarəsi MTN-də yoxlamalara başlayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın