Menu
Geri İrəli

Mühafizəçilər rayonda da etiraza qalxdılar

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Yanvar 2015 • Baxış sayı: 400 dəfə • Şərh yoxdur
Share Button

88501

“Qala” Beynəlxalq Təhlükəsizlik Xidmətinin Salyan-Neftçala bölgəsinin adıçəkilən şirkətin rəhbərliyi tərəfindən aldadılmış əməkdaşları da etiraza qalxıb. 

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, şirkət əməkdaşları prezident İlham Əliyevə müraciət ediblər. Müraciətdə deyilir: “Cənab prezident! Biz sizin rəhbərliyiniz altında inkişaf yolunda qətiyyətlə addımlayan dövlətimizin daxili və xarici siyasətini dəstəkləyən gənc vətəndaşlarıq.

 

Bir müddət əvvəl iş yeri tapmaq ümidi ilə “Qala” Beynəlxalq Təhlükəsizlik Xidmətinə müraciət etmişik. Hər birimiz həmin idarəyə depozit olaraq 2-3 min manat pul vermişik. Amma indi həmin xidmət fəaliyyətini dayandırıb və banklardan əslində kredit kimi götürdüyümüz həmin depozitləri də geri ala bilmirik. Odur ki, sizdən xahiş edirik, çətin ailə vəziyyətimizi nəzərə alaraq problemin həllinə köməklik edəsiniz.

 

“Qala” Beynəlxalq Təhlükəsizlik Xidmətinin Salyan-Neftçala bölgəsi üzrə rəhbəri İlqar Nəsibov isə bildirir ki, o, özü də başda olmaqla 44 nəfər mühafizəçi xidmət rəhbərliyi tərəfindən aldadılıb. Onları inandıran isə amil xidmətin fəaliyyətinə rəsmi lisenziya verilməsi olub. Beləcə, nə iş yeri tapa biliblər, nə də depozit adı altında qoyduqları pulu ala bilirlər. İşləmək arzusunda olan gənclər isə depozit adı ilə verdikləri pulu minbir əziyyətlə qazanıb, yaxud borc alıblar ki, işləyib qaytarsınlar. Onların xahişi isə həmin vəsaitlərin qısa bir vaxtda geri qaytarılmasıdır”.

 

Qeyd edək ki, “Qala” şirkətinin fırıldaqlarından əziyyət çəkənlər paytaxt Bakı da daxil olmaqla ölkənin demək olar hər yerində var. Bakıda zərərçəkənlərin hətta aksiyaları da olub. Bundan sonra Daxili İşlər Nazirliyi zərərçəkənlərdən birinin müraciəti əsasında məsələni araşdırıb. Dələduzluq edən şirkət direktoru Vüqar Hüseynov zərərçəkmişlərə xeyli miqdarda zərər vurduğu üçün Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittiham edilərək barəsində həbs-qətimkan tədbiri seçilib.

 

***

 

Qeyd edək ki, avqust ayında “Qafqazinfo” adıçəkilən şirkətin fırıldaqçı əməlləri haqda inormasiya yaymışdı. O, zaman redaksiyamıza müraciət edən “qurbanlardan” biri demişdi ki, “Daxili İşlər Nazirliyinin nəzdində “Qala” Beynəlxalq Təhlükəsizlik Xidməti” adlı firma onlardan 2 min manat alaraq işə düzələcəkləri barədə söz verib. “İşin qrafiki isə belədir. Həftədə iki dəfə işə getməklə 750-1000 manat maaş. Lakin şirkət sonda təklif etdiyi məbləği verməkdən imtina edib”. Şikayətçi dələduzluqla məşğul olan firmanın “Nəsimi” metrosunun yaxınlığında olduğunu və hər gün oraya bir çox vətəndaşın iş üçün müraciət etdiklərini bildirmişdi.

 

O, zaman Daxili İşlər Nazirliyi bu şirkətin onlarla heç bir bağlılığının olmadığını bildirmişdi: “Onlar fırıldaqçılıqla məşğuldur”. DİN vətəndaşları diqqətli olmağa, belə şirkətlərin toruna düşməməyə çağırmışdı.

 

İnformasiya yayılandan sonra isə “Qala” Beynəlxalq Təhlükəsizlik Xidməti”nin nümayəndələri redaksiyamızla əlaqə saxlayaraq bildirmişdilər ki, onlar DİN-nin lisenziyası əsasında tam qanunauyğun işləyirlər.

 

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın