Menu
Geri İrəli

Naxçıvanda dəhşətli qəza: 5 nəfər ölüb, 3 nəfər yaralanıb

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 12 İyun 2014 • Baxış sayı: 602 dəfə • Şərh yoxdur

KamAZ markalı hərbi yük maşını minik avtomobili ilə toqquşub
139d007599807b6638c073c9141850b5

Bu gün Naxçıvan Muxtar Respublikasında ağır yol qəzası baş verib.Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, bu gün axşam saatlarında Muxtar Respublikanın Kəngərli rayonu istiqamətində hərəkət edən KamAZ markalı hərbi yük maşını minik avtomobili ilə toqquşub.Qəza nəticəsində minik maşınında olan 7 nəfərdən 5-i hadisə yerindəcə ölüb.Digər 2 nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.Ölənlərin arasında azyaşlı da var.Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, qəza zamanı yük maşınından olan hərbi qulluqçulardan biri yüngül xəsarət alıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın