Menu
Geri İrəli

Nazirlikdən yanğın açıqlaması: 15 nəfər xəsarət alıb

Müəllif: sumqayitxeber.com • Tarix: 19 May 2015 • Baxış sayı: 486 dəfə • Şərh yoxdur
Share Button

tecili yardim-021İndiyə qədər yanğından zərər çəkmiş 15 nəfər müxtəlif xəstəxanalara yerləşdirilib

Bakının Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı əraziyə 30 təcili yardım briqadası cəlb olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, indiyə qədər yanğından zərər çəkmiş 15 nəfər ərazidən götürülərək müxtəlif xəstəxanalara yerləşdirilib.

Hadisə nəticəsində xəsarət alanlarla bağlı tədbirlərin görülməsi üçün Kliniki Tibbi Mərkəzə, Travmatologiya İnstitutuna və Respublika Yanıq Mərkəzində xüsusi tapşırıqlar verilib.

Bildirilib ki, bir nəfərin qorxudan özünü binadan atdığı ehtimal olunur. Hazırda bununla bağlı məlumat dəqiqləşdirilir.

Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın