Menu
Geri İrəli

Novxanı yolunda dəhşətli qəza: 2 uşaq öldü, 5 yaralı

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Avqust 2017 • Baxış sayı: 1,696 dəfə • Şərh yoxdur
Share Button

qezaAbşeron rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, Novxanı-Binəqədi yolunda qeydə alınmış hadisə zamanı iki “Mercedes” və bir “Vaz 2106″ markalı minik maşınları toqquşub. Nəticədə iki azyaşlı – 6 yaşlı Gülçöhrə Seyidova və 2 aylıq Mehram Seyidov dünyasını dəyişib. Daha 5 nəfər – 1980-ci il təvəllüdlü Mehman Seyidov, 1988-ci il təvəllüdlü Könül Seyidova, 1992-ci il təvəllüdlü Ləman Mahmudzadə, 1992-ci il təvəllüdlü Lamiyə Mahmudzadə və 1978-ci il təvəllüdlü Mehdixan Vəkilov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, avtoqəza “Mercedes” markalı avtomobillərdən birinin sürücüsünün səhvi ucbatından baş verib. Sərxoş olduğu deyilən həmin sürücü avtomaşını yolun əks istiqamətində idarə etməklə qəza şəraiti yaradıb.

Sərxoş sürücü artıq saxlanılaraq məsuliyyətə cəlb olunub. Hadisənin təfərrüatları istintaq yolu ilə araşdırılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın