Menu
Geri İrəli

Oğlanla qızı “tok” vurdu – Transfarmatorun içində

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Oktyabr 2015 • Baxış sayı: 271 dəfə • Şərh yoxdur

azerishiq_mingecevir_270515_10

Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

Rayonun Ağadadaş Qurbanov küçəsində 20 yaşlı Fəqan Fərzəliyev və hələlik kimliyi məlum olmayan təxminən 18 yaşlarında qız 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olublar. Bu zaman ehtiyatsızlıq edən Fəqan Fərzəliyev yüksək gərginlikli naqillərə toxunub. Nəticədə elektrik cərəyanı onları bir neçə metr kənara tullayıb. Hər iki şəxs ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisə nəticəsində çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyev qolunun birini itirib.

Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın