Menu
Geri İrəli

Oğlu qəzada ölən “McDonalds”ın rəhbəri: `Onu bağışlamayacağam`

Müəllif: sumqayitxeber.com • Tarix: 14 May 2015 • Baxış sayı: 642 dəfə • Şərh yoxdur

hebs23“Oğlum həmin şəxslərin qanunsuz əməllərinə görə həyatını itirdi. Mən məhkəmənin qərarını qəbul edirəm”.

Bunu AzVision.az-a açıqlamasında avtomobil qəzası zamanı oğlunu itirən “McDonalds” ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyev deyib. O, Bakı Ağır Cinayətlər Məhkəməsində oğlunun ölümündə təqsirli bilinən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərlinin və Süleyman Əhlimanovun cinayət işi üzrə məhkəmənin çıxardığı qərarı çox obyektiv qiymətləndirib.

“Hər kəs qanun qarşısında bərabərdir. Əgər məhkəmə belə qərar veribsə demək ki, belə də olmalı imiş. Məhkəmənin bu qərarı çox obyektivdir. Mən bu qərarı qəbul edirəm”.

Həbs edilən şəxslərin məhkəmə hökmündən narazı qalmalarına münasibət bildirən M.Mirzəyev fikrini belə davam etdirib: “Digər tərəflərin hökmdən şikayət vermələri ilə bağlı heç nə bilmirəm. Mənim bildiyim tək şey var o da ki, bu qərar çox düzgün verilib. Mənim üçün heç bir qərar ürəyimcə ola bilməz. Çünki mən oğlumu itirmişəm. Qanun var, hökumət var. Mən birinci gündən obyektiv və ədalətli bir qərar gözləyirdim. O, qərar da verildi. Mən daha heç nə deyə bilmirəm”.

“Həmin şəxsləri nə vaxtsa bağışlayacaqsınız?”sualına isə: “Ürəyimdə onlara deyiləsi başqa heç bir sözüm yoxdur. Ürəyimdə yalnız oğlumun itkisi var. Oğlumun itkisini heç kimə bağışlamayacağam”-deyə, o bildirib.

Qeyd edək ki, artıq bu işlə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakimlər kollegiyasının qərarı ilə İlham Əsgərli 5 il 6 ay, Süleyman Əhlimanov 6 il müddətinə azadlıqdan məhrum edilib. Onlar zamində olduqları üçün məhkəmə zalında həbs ediliblər.

Məhkəmə zamanı İlham Əsgərli qəzanı bilərəkdən törətmədiklərini və hadisə zamanı dünyasını dəyişən S. Mirzəyevlə yaxın dost olduqlarını deyib. O, dostunun atasından bağışlanılmasını istəyib.

Xatırladaq ki, hadisə 2014-cü il sentyabrın 27-də baş verib. 26 yaşlı İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil 23 yaşlı Əhliman Qəhrəmanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində yük avtomobilində olan 16 yaşlı Sənan Mirzəyev dünyasını dəyişib. O, Ə. Qəhrəmanovun idarə etdiyi yük maşınında olub və sürücü onu Paintball oyunundan evə qaytarırmış. Hadisə nəticəsində hər iki sürücü yaralanıb. Qəzada dünyasını dəyişən S.Mirzəyev “McDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın