Menu
Geri İrəli

Oğlunu öldürmək istəyən sumqayıtlı ataya hökm oxunub

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Dekabr 2013 • Baxış sayı: 412 dəfə • Şərh yoxdur

49500

 

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğlunu öldürməyə cəhddə təqsirləndirilən 78 yaşlı Əbülfəz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Ə. Əliyev 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sumqayıt şəhər 4-cü məhəllə ev 18 ünvanında yaşayan 78 yaşlı Əbülfəz Əliyev yaşadıqları evdə oğlu 33 yaşlı Arzu Əliyevi ölümcül bıçaqlayıb .Yaralı Arzu dərhal xəstəxanaya aparılıb və əməliyyat olunub. İlkin ifadəsində 78 yaşlı kişi oğlunu onu təhqir etdiyi üçün bıçaqladığını deyib.

O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə əsasən ittiham edilib.

 

 

Sumqayitxəbər.com

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın