Menu
Geri İrəli

Oğurluğa görə tutulan sumqayıtlı çempionun “Cibgir Rəhilə”nin qızı olduğu üzə çıxıb

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Fevral 2015 • Baxış sayı: 1,472 dəfə • 1 şərh

gunay sirinovaBakıda evlərdən oğurluq etməkdə təqsirləndirilən 3 nəfərlik dəstənin üzvlərinin birinin kimliyi ilə bağlı maraqlı faktla üzə çıxıb. Dəstə üzvlərindən Sumqayıt şəhər sakini, cüdo üzrə Sumqayıt şəhər çempionu, 1991-ci il təvəllüdlü Günay Şirinovanın kriminal aləmdə “Cibgir Rəhilə” kimi tanınan Rəhilə Şirinovanın qızı olduğu müəyyənləşib.

APA TV-nin əldə etdiyi məlumata görə, Günay Şirinova 3 dəfə məhkumluq həyatı yaşamış anası Rəhilə Şirinova ilə yola getməyib və evdən ayrılıb. 24 yaşlı qız dəstənin digər üzvləri Elvin və Elşən Məmmədov qardaşları ilə kirayə ev tutaraq, onlarla bərabər yaşayıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Təhlükəsiz Şəhər Xidməti, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluqda təqsirləndirilən dəstənin üzvləri yaxalanıb.

Facebook Şərhləndirmə:

“Oğurluğa görə tutulan sumqayıtlı çempionun “Cibgir Rəhilə”nin qızı olduğu üzə çıxıb” yazısına bir cavab

  1. arzu deyir:

    bizim qonsumuz olub anasinin adi yeniguldu toyu olub teze

Şərhinizi yazın