Menu
Geri İrəli

Oğuzda 78 yaşlı qadın özünü asdı

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Fevral 2014 • Baxış sayı: 622 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycanın Oğuz rayonunda intihar hadisəsi baş verib. Oğuz rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, 1936-cı il təvəllüdlü Mollalı kənd sakini Hacıyeva Məsimə Balakişi qızı rayon mərkəzində yaşayan oğlunun evinə qonaq gedib. Məsimə Hacıyeva ötən gün oğluna məxsus evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidə özünü asaraq intihar edib.
RPŞ-dən bildirilib ki, Məsimə Hacıyeva son iki ildə ərini və iki övladını itirib. Onun bu itkilərə dözə bilmədiyi üçün intihar etdiyi güman olunur.
Faktla bağlı Oğuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Intihar-asmaq-kendir

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın