Menu
Geri İrəli

Operativ qərargah: İtkin düşən neftçilərin axtarışları davam etdirilir, yanğın söndürülməyib

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Dekabr 2015 • Baxış sayı: 370 dəfə • Şərh yoxdur

610x380xs-822.jpg.pagespeed.ic.z0ALqj2NYSEconomics. SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən “Neft Daşları”nın 3 əməkdaşının axtarışları davam edir.

“APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

“Saat 16:00-a olan məlumata görə, itkin düşən neftçilərin axtarışları nəticəsiz olaraq qalır. Axtarışlar Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus, o cümlədən SOCAR-ın AZAL-dan götürdüyü helikopterlər, o cümlədən “Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus gəmilər vasitəsilə aparılır. Əlverişsiz hava şəraiti ilə əlaqədar sualtı axtarışlar dayandırılıb”, – deyə B. Ağarəhimov bildirib.

Baş mühəndis əlavə edib ki, yanğın hələ də söndürülməyib: “Hazırda yanğının söndürülməsi ilə 5 gəmi məşğuldur”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın