Menu
Geri İrəli

Öpüşə görə öldürülən oğlanın sevgilisi- “20 dəqiqə sonra eşitdim ki,..”

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyul 2015 • Baxış sayı: 749 dəfə • Şərh yoxdur

girBakıda sevdiyi qızı məhəllədə opdüyünə görə öldürülən gəncin sevgilisi danışıb.

Qafqazinfo” xəbər verir ki, Nərimanov rayonunda öldürülən 25 yaşlı Nazim Ələkbərovun sevgilisi Aysel Milli.Az-a baş verənlər barədə yazıb:

“Nazimin sevdiyi qız mənəm və o, məni ötürən zaman öldürülüb. Əzabdan ölürəm. Bizi bu dünyada ayırdılar. İki ay yarım idi ki, bir-birimizi görmürdük. Mənə zəng etdi ki, gəl səni görüm. Bulvarda oturduq, əlimi ürəyinin üstünə qoydu və dedi ki, bax Aysel sən burdasan. Sonrə gətirib evdə düşürdü məni. Dedim ki, sən get, mən özüm gedərəm, amma sözümə baxmadı. Biz blokda öpüşmədik. Yalan deyirlər. Sadəcə, onu qucaqlayıb evə getdim, 20 dəqiqə sonra eşitdim ki, bıçaqlayıblar. Nazimlə bir-birimizi çox sevirdik. Anası qoymur qəbrinə gedim. Dirisindən ayırdılar, ölüsündən də. Nazim, səni çox sevirəm, o dünyada görüşərik”.

Xatırladaq ki, qətl hadisəsi Nazim Ələkbərov sevgilisi Ayseli evlərinə ötürərkən törədilib.

Bildirilirdi ki, N.Ələkbərov qızı məhəlləsində ötürüb, sağollaşrakən öpüşüblər. Qız gedən kimi həmin məhəllədə yaşayan 24 yaşlı Kamran Həsənzadə onun qarşısını kəsib. Məhələdə öpüşməyi ona irad bildirərək qətlə yetirib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın