Menu
Geri İrəli

Ordumuzun əsgəri özünü güllələdi

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 16 Aprel 2014 • Baxış sayı: 398 dəfə • Şərh yoxdur

esger-avtomat

Ötən gün Naxçıvanda Ordumuzun əsgəri tabeçiliyində olan avtomat silahdan açılan atəş nəticəsində yaralanıb.

Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissəsinin əsgəri Kamran Rüstəm oğlu Cəlilov tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəş nəticəsində yaralanıb. Yaralanan əsgər təcili hərbi hospitala yerləşdirilib.

Faktı ANS PRESS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər. Bildirilib ki, hadisə əsgər Kamran Cəlilovun silahla davranışı zamanı təhlükəsizlik qaydalarını pozması nəticəsində baş verib.

Faktla bağlı hərbi prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, əsgər K.Cəlilov Lənkərandan həqiqi hərbi xidmətə çağırılıb./Anspress

Facebook Şərhləndirmə:

Şərhinizi yazın