Menu
Geri İrəli

Ordumuzun əsgəri şəhid oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Dekabr 2015 • Baxış sayı: 336 dəfə • Şərh yoxdur

shehid-3Hadisə düşmənlə döyüş toqquşması zamanı baş verib

Dekabrın 14-də qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rəhimli Nihad İltifat oğlu həlak olub.

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın