Menu
Geri İrəli

Özünü yandıran şəxslə bağlı sensasion xəbər – 43 min cəriməsi var

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Oktyabr 2016 • Baxış sayı: 1,710 dəfə • Şərh yoxdur

cerimeÖtən gün özünü Sumqayıtda yandıran, Qarabağ müharibəsi iştirakçısı olduğu deyilən Cəmil Məmmədovla bağlı “Qafqazinfo”ya sensasion məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Qafqazinfo”ya həmin şəxsin törətdiyi əməllərlə bağlı açıqlama verib. O bildirib ki, C. Məmmədovun Qarabağ müharibəsi iştirakçısı olması ilə bağlı iddialar həqiqətə uyğun deyil:

“Cəmil Məmmədov 1994-cü il təvəllüdlüdür. Perekəşkül qəsəbəsinin sakinidir. Həmin şəxs rəsmən avtoxuliqanlıqla məşğuldur. Bu günə qədər avtomobili bütün qanunları pozaraq idarə edib. Cəmil Məmmədovun hazırda qanun pozuntularına görə tərtib olunmuş protokollar üzrə 43 min manat cəriməsi var. Onun barəsində 463 elektron protokol tərtib olunub. Hətta maşını o qədər qanunları pozaraq idarə edib ki, törətdiyi qəzalar nəticəsində ayağının biri amputasiya olunub. İdarə etdiyi avtomobildə isə görüntüləri məhdudlaşdırıb”.

DİN rəsmisi qeyd edib ki, C. Məmmədov yol polisi tərəfindən sentyabrın 4- də saxlanılıb və avtomobili duracağa aparılıb: “Hadisəni isə iki gün sonra törədib. Mətbuatın qanunlara hörmət etməyən, polis əməkdaşlarını daim şantaj edən birini Qarabağ müharibəsinin iştirakçısı kimi təqdim etməsi isə rüsvayçılıqdır. Bu məsələ ilə bağlı lazımi tədbirlər görüləcək”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın