Menu
Geri İrəli

Polis Sahil bağında gənci öldürən şəxsi həbs etdi – RƏSMİ

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Yanvar 2015 • Baxış sayı: 759 dəfə • Şərh yoxdur
317623_2zSəbail polisi əməliyyat keçirdi.
Yanvarın 6-da Bakının Səbail rayonunda yerləşən Sahil bağında Bakı şəhəri sakini Həsənov Həsən Namiq oğlunu bıçaqlayaraq qətlə yetirmiş cinayətkarın şəxsiyyəti müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə, cinayəti Bakı şəhərində yaşayan Elçin Çobanov adlı şəxsin törədib.
Artıq Səbail rayon Polis İdarəsi 1988-ci il təvəllüdlü Elçin Elman oğlu Çobanovu həbs edib.
Xatırladaq ki, yanvarın 6-da saat 18:47 radələrində 1989-cu il təvəllüdlü, Nərimanov rayon sakini Həsənov Həsən Namiq oğlu və onun dostu, 1993-cü il təvəllüdlü Məmmədzadə Orxan Təbriz oğlu “Sahil” bağında bıçaqlanıblar.
Həsən Həsənov hadisə yerindəcə keçinib, Orxan Məmmədzadə isə xəstəxanaya yerləşdirilib. Hadisənin dəqiq səbəbi məlum deyil.
Şahidlər mərhum Həsən Həsənovun gəzdirdiyi itin yoldan keçən qızlara hürdüyünü, kənarda dayanmış 26-27 yaşlı oğlanın isə söhbətə müdaxilə etdiyini bildirir.
Naməlum şəxs mübahisə zəminində bıçaq çıxararaq, Həsən Həsənova 1, Orxan Məmmədzadəyə isə 2 zərbə endirib. Həsən Həsənov ürəyindən xəsarət aldığından hadisə yerində ölüb. Qətli törədən şəxs hadisə yerindən qaçıb. (APA)
Facebook Şərhləndirmə:

Şərhinizi yazın