Menu
Geri İrəli

Polis zabitinin atası axtarışa verildi

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Dekabr 2015 • Baxış sayı: 426 dəfə • Şərh yoxdur

196708a0fe6506c2d75c25b48437c0aaO, dələduzluqda təqsirləndirilir

Azərbaycan hüquq-mühafizə orqanları dələduzluqda təqsirləndirilən şəxs barəsində beynəlxalq axtarış elan edib.
APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 67 yaşlı Niftəli Fətəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. O, ölkədə olmadığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

APA-nın əldə etdiyi məlumata görə, N. Fətəliyev Quba rayon sakinidir. Onun oğlu, Şahverdi Fətəliyev isə hazırda Quba Rayon Polis Şöbəsində sahə rəisi vəzifəsində çalışır. Ş. Fətəliyev polis kapitanıdır.

Ş. Fətəliyev APA-nın sorğusuna cavabında atasının axtarışa verilməsindən məlumatsız olduğunu bildirib: “Atam hazırda Rusiyadadır. Səhhəti ilə əlaqədar müalicəyə gedib. Onun axtarışa verilməsi ilə bağlı məlumatımız yoxdur”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın