Menu
Geri İrəli

Qaçan avtoritetlərdən biri tutuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2017 • Baxış sayı: 616 dəfə • Şərh yoxdur
Share Button

a8c803c26522fd3f6a96fc614d1ad3f9Bu gün Penitensiar xidmət tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23.10.2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış AR Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami Şirvan şəhərində tutuluub. Lent.az xəbər verir ki, bu barədə Penitensiar Xidmət məlumat yayıb. Bildirilib ki, Ə.Ağami istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır.

Digər təqsirləndirilən şəxs Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın