Menu
Geri İrəli

Qardaş bacısını öldürdü – Sumqayıtda

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Oktyabr 2016 • Baxış sayı: 1,526 dəfə • Şərh yoxdur

bicaqqqSumqayıt şəhərində qətl hadisəsi baş verib.

sumqayitxeber.com xəbər verir ki, Sumqayıt şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə oktyabrın 11-də səhər saat 07 radələrində şəhərin Saray bağları yaşayış massivində qeydə alınıb.

Həmin massivdə yaşayan 1992-ci il təvəllüdlü Pərviz Şahbazov qısqanclıq zəminində bacısı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanıb. P.Şahbazovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın